14 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər” mövzusunda açıq dərsdə iştirak etmişlər.
Muzeyin bələdçisi Fəridə Əliyeva şagirdlərə Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verərək, ədəbiyyat və mədəniyyət tariximizin fəxri, iftixarı, böyük ideyalar şairi, fəlsəfi fikir əfəndisi Cavidin Azərbaycan ədəbiyyatı tarixində öz yeri olan və heç kimə bənzəməyən sənətkar olduğunu söyləmişdir. Hüseyn Cavidin əsərlərinin əsas ideyası ümumbəşəri problemlərə köklənmişdir. O, əsərlərində hər zaman insanları yüksəkliyə, ucalığa, azadlığa çağırırdı. Bildirilmişdir ki, H.Cavid Azərbaycan ədəbiyyatına ilk mənzum faciəni gətirmiş dahi yazıçıdır.
Sonda şagirdlər muzeydəki eksponatlarla tanış olmuşlar.