• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün517
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə5872
mod_vvisit_counterBu ay27278
mod_vvisit_counterÜmumi2968089

Tarix: 16 Yan., 2025

Təhsil Nazirliyində ilin yekunları müzakirə olunmuşdur

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində “2020-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov məruzə edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2020-ci ildə də davam etdirilmişdir.

Ötən müddət ərzində Ordubad rayon Vənənd, Şərur rayon Muğancıq-Mehrab, Qaraburc, Culfa rayon Camaldın, Babək rayon Nəcəfəlidizə tam orta məktəbləri və Culfa Rayon Təhsil Şöbəsinin yeni binası istifadəyə verilmişdir. Şərur və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılmışdır. 2021-ci ilin yanvar ayında Şərur rayon Şəhriyar kənd tam orta məktəbi istifadəyə verilmişdir. Hazırda Ordubad şəhər 1 nömrəli, Ordubad rayon Nüsnüs kənd tam orta məktəblərinin binalarının yenidən qurulması, eləcə də Ordubad rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində innovativ dərnəklərin yaradılması istiqamətində təşkilati işlər davam etdirilməkdədir.Təhsilin inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 4 avqust 2020-ci il tarixli Sərəncamı ilə Naxçıvan Şəhərində Kimya-Biologiya Təmayüllü Lisey yaradılmışdır.

2020-ci il təhsil sahəsində bir sıra yeniliklərlə yadda qalmışdır. Belə ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla yanaşı təhsilin bakalavr pilləsinə, habelə təhsillə bağlı digər imtahanlara hazırlıq kurslarının keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində “Təhsil Kursları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş, “İmtahan Mərkəzi”i yaradılmışdır.

Tətbiq olunan yeniliklər tədris prosesini də əhatə etmiş, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərə beş sahənin - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodunun tətbiqinə başlanılmışdır. Şərur rayon Qarabürc və Şəhriyar kənd tam orta məktəblərində STEAM kabinələri yaradılaraq istifadəyə verilmiş və zəruri avadanlıqlarla təmin edilmişdir. Bunlarla yanaşı müəllimlərə təlimlər keçirilmişdir. Müəllimlərin fəallığı artmış, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində muxtar respublika müəllimləri 27 layihə ilə iştirak etmiş, onlardan 5-i qalib olmuşdur.

Hesabat dövründə öz fəaliyyəti ilə seçilən müəllimlərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1 nəfər “Tərəqqi” medalı ilə, 6 müəllim isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, istedadı ilə fərqlənən 2 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmışdır.

Rəhman Məmmədov qeyd etmişdir ki, hesabat dövründə kadr hazırlığı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, şahmatı tədris edən 18 müəllim sertifikatla təmin olunmuş, gənc kadrlardan 205-i müəllim, 55-i isə müxtəlif vəzifələrə təyin olunmuşdur. Bunlarla yanaşı tədrisin səviyyəsinin yüksəldilməsi məqsədilə 31 interaktiv, 1156 saat isə nümunəvi dərs tədris olunmuşdur. Eyni zamanda istedadlı şagirdlərlə iş diqqətdə saxlanılmış, olimpiadalar, inşa yazı və şeir müsabiqələri təşkil edilmiş, “Vətənpərvərlik” mövzusunda açıq dərslər keçirilmişdir.

Hesabat dövründə yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılmış, STEAM təhsil metodunun tətbiq edilməsi ilə bağlı 6-cı və 7-ci siniflər üçün dərslik və tədris proqramları, “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı, “İstedadlı şagirdlər” albom-kataloqu nəşr edilmiş, kitabların təqdimatı keçirilmişdir. Həmçinin 2020-ci ildə də “Sabahın tədqiqatçıları” layihəsi, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası davam etdirilmiş, 400-dən artıq maddi-mədəniyyət nümunələri Mədəniyyət Nazirliyinə verilmişdir.

Təhsil naziri qeyd etmişdir ki, muxtar respublika təhsilinə göstərilən dövlət qayğısı nəticəsiz qalmamış, uğurlu nəticələr əldə edilmiş, 2020-ci ilin məzunlarının 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan 275-i qəbul imtahanlarında 500-700 arası bal toplamış, onlardan  4-ü Prezident təqaüdünə layiq görülmüşdür.  Bununla yanaşı, hesabat dövründə 42 şagird muxtar respublika, 24 şagird respublika fənn olimpiadalarının qalibi olmuşdur. Məzunlardan 17-si qızıl, 17-si gümüş medala, 34-ü isə fərqlənmə attestatına layiq görülmüşdür.

Sonra məruzə ətrafında Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərovun, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının, Texniki Yaradıcılıq Mərkəzinin direktoru Nubar Allahverdiyevanın, Naxçıvan Şəhər Peşə liseyinin direktoru Sona Əliyevanın çıxışları dinlənilmişdir.

Təhsil naziri Rəhman Məmmədov kollegiya iclasına yekun vuraraq bildirmişdir ki, Təhsil Nazirliyi 2021-ci ildə də təhsil müəssisələrində tədrisin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşə bacarıqlarının artırılması, təcrübə mübadilələrinin təşkili, fənn kurikulumlarının tətbiqi, məktəbin idarə edilməsi, məktəbdaxili nəzarətin təşkili, məktəb sənədlərinin işlənməsi, interaktiv və nümunəvi dərslərin təşkili, laboratoriyalardan, elektron lövhələrdən səmərəli istifadə, istedadlı şagirdlərin üzə çıxarılması, innovativ dərnəklərin yaradılması istiqamətində fəaliyyətini gücləndirəcəkdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg