• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1020
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9709
mod_vvisit_counterBu ay5770
mod_vvisit_counterÜmumi2522586

Tarix: 04 May, 2024

Məktəblilər arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

18 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri haqqında məktəblilərə məlumat verib. Bildirilib ki, muxtar respublikamızda ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi yetişməkdə olan gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsində, onlarda vətənə, torpağa məhəbbət hissinin aşılanmasında, həmçinin Azərbaycanı sevən, onu hər an müdafiə etməyə hazır olan bir vətəndaş kimi formalaşmasında böyük rol oynayır. Muxtar respublikamızda gənclərimiz arasında ruh yüksəkliyi, Vətənə məhəbbət hissi güclüdür. Vətən borcu, Vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Bu sevgi məhz məktəbdə aşılanmalıdır.

Bildirilib ki, 44 günlük II Qarabağ müharibəsində şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edilmişdir. Vətən uğrunda gedən döyüşlərdə naxçıvanlı igidlər yorulmaq bilmədən məharətlə vuruşmuş, öz igidlikləri ilə xüsusilə seçilmiş, əsl qəhrəmanlıq dastanı yazmışlar. Vurğulanıb ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi ilə yanaşı məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.

Müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 2 saat vaxt verilib. İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə yazıblar.Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə görə Heydər Əliyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Əsədova Səma Arif qızı I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin X sinif şagirdi Hətəmli Günel Müşfiq qızı, həmin məktəbin IX sinif şagirdi Vəliyeva Mehriban Vüqar qızı II yerə, Ordubad rayon Sabirkənd tam orta məktəbin IX sinif şagirdi Hacıyeva Afət Samir qızı, Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Rəhimli Şəbnəm Nizami qızı III yerə, Ordubad rayon Azadkənd tam orta məktəbin XI sinif şagirdi Allahverdiyeva Sunay Allahverdi qızı isə həvəsləndirici yerə layiq görülüb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg