• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1054
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9743
mod_vvisit_counterBu ay5804
mod_vvisit_counterÜmumi2522620

Tarix: 04 May, 2024

Şəhidlər unudulmur

Yüksəkliyə can atmaq insanın təbiətindəndir. O, dünyaya gəldiyi andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə can atır. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?!

Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır.

Vətəni vətən edən qana bulanmış torpaqdır! Bu fikrin düzgünlüyünü Azərbaycan Respublikasının şərəfli azadlıq tarixi bizə sübut etmişdir. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış, azadlıq meydanında birləşmiş xalqımızın səsini boğmaq, onları öz haqqlarından məhrum etmək üçün dağılmaqda olan SSRİ-nin Qızıl ordu adlandırılan “xilaskar ordusu”, “sülh ordusu” ağır texnika ilə silahlanaraq Bakıya yeridilmişdir. Bakı dəhşətli anlar yaşamışdır. Günahsız insanlar qətlə yetirilir, evlər gülləboran edilir, küçələr dağıdılır, körpələri atəş səsləri diksindirir, igidlər şəhid olur, yaralılar çətinliklə xəstəxanalara çatdırılırdı. Matəmə bürünən, lakin səbrli olan xalqımız bütünlükdə ayağa qalxdı. Günahsız şəhidllərin dəfn günündə “sülh ordusu” qoşunlarının qarşısında xalqımız qorxmadan, şəhidlərin tabutlarını çiyinlərinə alaraq Dağüstü Parka doğru axışdılar.

20 Yanvar şəhidləri xalqın müstəqilliyini canı ilə qazanıb, tarixini qanları ilə yazdılar. İllər, qərinələr keçməsinə baxmayaraq, onlar xalqın yaddaşından heç vaxt silinmirlər. Hər zaman dərin hörmət və minnətdarlıq duyğusu ilə anılırlar. 20 Yanvar dövlətimiz tərəfindən “Ümumxalq Hüzn Günü” kimi qəbul olunmuşdur. Xalqımız hər il yanvarın 20-də şəhidlərin xatirəsini yad edir, onların məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gedir.

I Qarabağ müharibəsində və Aprel döyüşlərində də minlərlə igidimiz öz canlarını Vətən uğrunda fəda etmişdir. Tarix yenidən təkrarlanmış, 2020-ci il sentyabrın 27-də    II Qarabağ müharibəsi başlamışdır. 44 gün davam edən döyüşlər ərzində Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli ordumuzun güclü döyüş taktikası Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan xalqı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı altında “Dəmir yumruq” kimi birləşərək yenilməz ordumuzun haqq davasına tam mənəvi dəstək oldu. Döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Bu şanlı qələbə bizləri nə qədər sevindirdisə, ürəklərimizdə də bir o qədər iz qoydu. Minlərlə igidlərimiz və mülki vətəndaşlarımız şəhidlik adını qazandılar. Bu gün xalqımızın mərd oğulları Azərbaycan tarixini öz qanları ilə yenidən yazdılar.

Salatın Əsgərova, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov... Bu siyahı çox uzundur. Bütün bu şəhidlərimizi yalnız bir amal birləşdirdi - “Biz gəldi-gedərik. Təki Vətən yaşasın, Vətən sağ olsun!”

Biz bütün Azərbaycan xalqı olaraq öz məsuliyyətimizi dərk edirik. Şəhidlərimizin amalı qəlbimizdə möhkəm yer tutur. Biz hamımız bu müqəddəs amalı və şəhidlərimizin əziz xatirəsini qoruyub saxlamalı və yaşatmalıyıq. Bu gün mən bir vətən övladı olaraq torpağıma göz dikən düşmənin şah damarını kəsməyə və Vətənim üçün öz canımdan keçərək şəhidlik zirvəsinə ucalmağa hazıram. Vətənimə, Azərbaycanıma layiqli olmaq mənim bu yurda, bu torpağa olan müqəddəs borcumdur.

Şəhidlik adını ucuz tutmayın,

Öldülər sözünü dilə almayın.

Onlar yaşayırlar, siz unutmayın!

Adın tarixlərə yazdı şəhidlər,

Haqqın dərgahına çıxdı şəhidlər!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Səma Əsədova

Heydər Əliyev adına tam orta məktəbin XI sinif

şagirdi “Şəhidlər unudulmur” mövzusunda

keçirilən inşa yazı müsabiqəsinin qalibi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg