• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün408
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə5763
mod_vvisit_counterBu ay27169
mod_vvisit_counterÜmumi2967980

Tarix: 16 Yan., 2025

“20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda interaktiv dərs keçirilib

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.

İnteraktiv dərsdə muzeyin bələdçisi bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əks etdirən materiallar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.

Muzeyin bələdçisi 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayanaraq qəhrəmancasına mübarizə aparıb, Naxçıvanı qoruyub saxlayıblar.

Sonra  II Qarabağ müharibəsində qazandığımız böyük qələbə haqqında şagirdlərə məlumat verilərək bildirilib ki, bu tarix illər əsrlər keçsədəAzərbaycan xalqının yaddaşından silinməyəcək. Vətənimizin bu zəfər tarixini bizə yaşadan, bu torpaqlar uğrunda qanından, canından keçən şəhidlərimizi hər zaman uca tutmalı, unutmamalı, unutdurmamalıyıq. Torpaqlarımızın bütövlüyü uğrunda gedən bu müharibə bundan sonrakı nəsillərə əsl qəhrəmanlıq ərmağanı, həmrəylik, birlik nümunəsidir. Biz daha 20 Yanvar faciəsini, torpaqlarımızın işğal tarixlərini 44 günlük II Qarabağ müharibəsinin şanlı qələbəsi iləəvəz etdik. Biz 20 Yanvar faciəsini bizə yaşadanlara bir daha sübut etdik ki, xalqımızın birliyini, mübarizəəzmini heç bir qüvvə qıra bilməz. Xalqımız milli tarixinin ən möhtəşəm səhifəsini yaşadı. Bu müharibə igidlərimizin nəyə qadir olduğunu bir daha sübut etdi. Hərbçilərimiz böyük şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan səbirli və qəhrəman xalqdır. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.

Muzeydəki eksponatlar barədə şagirdlərə bildirilib ki, Xatirə Muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.

Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg