• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün352
mod_vvisit_counterDünən1103
mod_vvisit_counterBu həftə7901
mod_vvisit_counterBu ay41360
mod_vvisit_counterÜmumi2749883

Tarix: 21 Sent., 2024

“Akademik İsmayıl Hacıyev – 70” mövzusunda açıq dərs keçirilib

Yanvarın 21-də AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın  ümumtəhsil məktəbləri arasında görkəmli alim, akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə “Akademik İsmayıl Hacıyev – 70” mövzusunda açıq dərs keçirilib.

AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərli tərəfindən keçirilən dərsdə şagirdlərə bildirilib ki, 21 yanvar 1951-ci ildə Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində müəllim ailəsində dünyaya göz açan İsmayıl Hacıyev gərgin əməyi və zəhməti hesabına sıravi orta məktəb müəllimliyindən akademikliyə qədər yüksəlmiş, Azərbaycan tarix elminin inkişafında mühüm xidmətlər göstərmişdir.

Həyatı və fəaliyyətinin böyük bir hissəsi təhsillə bağlı olan akademik İsmayıl Hacıyev 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra ilk dəfə orta məktəb müəllimi kimi, 1978-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. Müəllimliyə ürəkdən bağlı olan İsmayıl Hacıyev bu gün də pedaqoji fəaliyyətini davam etdirir, “Azərbaycan tarixi” kafedrasının professoru kimi tarix ixtisasında “Azərbaycan tarixi”ndən   mühazirələr deyir.

Bildirilib ki, akademik İsmayıl Hacıyev keçən yüzilliyin 70-ci illərinin sonlarından indiyədək 800-ə yaxın elmi əsər, o cümlədən 14 monoqrafiya, 40-a yaxın kitab və broşüra nəşr etdirmişdir. Azərbaycan tarixinin aktual problemlərinə həsr olunmuş bu əsərlərdən 3 monoqrafiya, 1 kitab, 80-ə yaxın məqalə xarici ölkələrdə müxtəlif dillərdə nəşr olunmuşdur.

2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülən, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə “Dialoq Avrasiya Platforması”na və “Dialoq Avrasiya” jurnalının redaksiya heyətinə üzv seçilən akademik İsmayıl Hacıyev 2010-cu ildə ABŞ Bioqrafiya İnstitutunun Qızıl Medalı ilə təltif olunmuşdur. Elmdə zəhmətsevərliyi və çalışqanlığı ilə seçilən, 1992-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsi alan alim 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2004-cü ildə ona professor elmi adı verilmişdir.

İctimai-siyasi, elmi və pedaqoji fəaliyyəti ilə Naxçıvan Muxtar Respublikasında və bütün Azərbaycanda böyük nüfuz və hörmət qazanan, məhz bütün bunlara görə xalqın etimadı ilə II çağırış Naxçıvan MR Ali Məclisinin, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən akademik İsmayıl Hacıyevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Elm sahəsində qazandığı uğurlara görə o 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan elmi qarşısında xidmətlərinə görə 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata və medala layiq görülən Akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti” yubiley medalı ilə təltif olunmuş, Naxçıvan Muxtar Respublikası mükafatına və Xatirə medalına layiq görülmüşdür.

Qeyd edək ki, açıq dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbində izlənmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg