• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün416
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə5771
mod_vvisit_counterBu ay27177
mod_vvisit_counterÜmumi2967988

Tarix: 16 Yan., 2025

Şahmat üzrə növbəti interaktiv dərs keçirilmişdir

21 yanvar 2021-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan şahmatçılarının oyunlarının təhlili” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.

Emin Hacıyev elektron şahmat proqramları, “Siciliya müdafiəsi” və “Etudlərin həlli” haqqında ətraflı məlumat verərək bildirib ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda CD formasında məktəblərə çatdırılıb.

Vurğulanıb ki, “Siciliyia müdafiəsi” yarımaçıq debütlərdən və şahmat oyununda ən çox istifadə olunan oyunlardan biridir. Bu debütdə rəqibin 1.e4 c5 gedişindən sonra oyun davam etdirilir və müxtəlif variantlar yaranır ki, bu gedişləri də geniş təhlil etməyə çalışırıq. Etud isə şahmat məsələlərinin bir növüdür. Burada qeyri-adi vəziyyətlər yaranır və dəqiq gedişlər tapılmalıdır. Etüdlərin həll edilməsi qaydası bu gün şagirdlərə çatdırılmışdır.

İnteraktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilmişdir. Bununla yanaşı saat 1500-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilmişdir. İnteraktiv dərs­ zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, interaktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg