Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi və Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tempo turniri keçirilib.
Keçirilən turnirdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin şahmat müəllimləri və müxtəlif dərəcəli şahmatçı şagirdlər iştirak edib.
İlk olaraq Sədərək Rayon Tarix Diyarşunaslıq Müzeyində olan Şahmat məktəbinin kollektivi və şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş güşəyə baxmış, Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Müzeyin bələdçisi Novruz Əliyev 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat verərək bildirmişdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır.
Keçirilən turnirin yekun nəticələrinə əsasən
I yerə Gülşən İbrahimzadə, II yerə Anar İbrahimzadə, III yerə isə Nazlı Həsənli layiq görülmüşlər.
Sonda qaliblər təşkilatçılar tərəfindən pul və diplomlarla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi