• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün214
mod_vvisit_counterDünən621
mod_vvisit_counterBu həftə835
mod_vvisit_counterBu ay8448
mod_vvisit_counterÜmumi2525264

Tarix: 07 May, 2024

"Tarixin qəhrəmanlıq səhifəsi" mövzusunda tədbir keçirilib

Ən ağır sınaqlara sinə gərən, mübarizə alnına yazılmış Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu isbat edir. 44 günlük İkinci Vətən Müharibəsində qələbəni və itirilmiş torpaqlarımızı haqqımız olaraq aldığımız kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqilliyi də haqq olaraq almışıq. Bu elə bir tarix, elə bir səhifədir ki, 31 il sonra belə unudulmur, xalqımızın yaddaşında əbədi olaraq yaşayır.

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, Culfa Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Texniki Yaradıcılıq, Uşaq Yaradıcılıq və Turist Diyarşünaslıq mərkəzlərinin iştirakı ilə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsini öz qanları ilə yazmış 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Tarixin qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Culfa Rayom İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyevin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının əməkdaşı Elşad Cəfərovun və Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərovun çıxışları dinlənilib. Qeyd olunub ki, 20 Yanvar gecəsi köləliyə və mənfur işğalçılığa üsyan edən silahsız insanlar bir qəhrəmanlıq dastanı yazdılar. Xalqımızın azadlıq mübarizəsi tarixinə yazılan o gün əsrlər keçsə də Azərbaycanın şərəfli qəhrəmanlıq salnaməsi olaraq unudulmayacaq.

Qeyd olunub ki, bu faciəyə ilk siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi. 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların ailələrinə və bu qanlı faciədə sağlamlıqlarını itirmiş əlillərə dövlət qayğısı ulu öndərin daim diqqət mərkəzində olduğu kimi, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin də həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir.

Tədbir dərnək üzvlərinin şəhidlər, qəhrəmanlıq mövzusunda şeirləri ilə davam edib. Sonda rəsm dərnəyi üzvlərinin, balaca rəssamların xalqımızın qəhrəmanlığını tərənnüm edən, qanlı yanvar faciəsini əks etdirən, əbədiləşdirən rəsm işlərindən ibarət sərgiyə baxış olub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg