19 yanvar 2021-ci il tarixdə Naxçıvan Şəhər Peşə Liseyində “20 Yanvar ümumxalq hüzn və milli qürur günüdür” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdən əvvəl uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
20 Yanvar şəhidlərinin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Sobra həmin hadisələrə aid videogörüntülərin nümayişi zamanı uşaqların vətənpərvərlik mövzusunda şeir kompozisiyası təqdim olunub.
Tədbirdə liseyin direktoru Sona Əliyeva çıxış edərək bildirib ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur. 1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 31 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi