Babək Rayon Təhsil Şöbəsi, Polis İdarəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə Babək şəhər 2 nömrəli, Şəkərabad və Yarımca kənd tam orta məktəblərində “Zərərli vərdişlərə yox deyək” mövzusunda şagirdlərlə görüş keçirilmişdir.
Görüşün təşkil edilməsində məqsəd şagirdləri zərərli vərdişlərdən uzaq olmaları və sosial şəbəkələrdən düzgün istifadə etmələri barədə maarifləndirməkdən ibarət olub. Görüşün təşkilatçıları məktəblilərə mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, cəmiyyətdəki münasibətlərdə yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.
Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.