Naxçıvan Şəhər Təhsil Şöbəsi, Polis İdarəsi və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 və 13 nömrəli tam orta məktəblərin IX və XI sinif şagirdləri üçün maarifləndirici görüş keçirilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis kapitanı Türkan Məmmədovanın “Yetkinlik yaşına çatan şagirdlərin sağlam həyat tərzi, tütün məhsullarının istifadəsinin zərərli təsirləri, erkən nigah və sosial şəbəkələrdən düzgün istifadə”, 1 nömrəli polis bölməsinin polis baş leytenant Toğrul Kərimlinin isə "Yetkinlik yaşına çatanlar və gənclər arasında cinayətkarlığın və hüquq pozuntularının profilaktikası mövzusunda təbliğat işinin aparılması, radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması" sahəsində söhbətləri dinlənilmişdir.
Təhsil Şöbəsinin metodisti Könül Mahmudova və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev isə "Oxunması zəruri olan kitablar"ın mütaliəsi, milli-mənəvi dəyərlər, şagirdlərin vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarının səmərəli təşkili, idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, yarışlarda fəal iştirakları və qazanılan nailiyyətlər haqqında, eləcə də oxumağa həvəsi olmayan və çətin tərbiyə olunan şagirdlərlə söhbət apararaq müxtəlif peşələrə yiyələnməsi üçün peşə liseyinə cəlb edilməsi ilə bağlı ətraflı söhbətlər aparmışlar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi