• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün313
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13176
mod_vvisit_counterBu ay45508
mod_vvisit_counterÜmumi2512773

Tarix: 28 Apr., 2024

Bəhruz Kəngərlinin 129 illik yubleyinə həsr olunmuş müsabiqə keçirilib

Yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  Təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində realist rəssam, rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 129 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qızlar Liseyi, Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 17 ümumtəhsil məktəbi üzrə ümumilikdə 20 şagird iştirak edib. Müsabiqənin təşkil edilməsində məqsəd yeniyetmə və gənclərə Bəhruz Kəngərlinin milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi yolunda göstərdiyi xidmətləri təbliğ etməkdən ibarət olub.

Rəsm müsabiqəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev və Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Könül Mahmudova çıxış edərək rəssamlıq sənətimizdə boyakarlıq, qrafika, dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin  müstəqil janr kimi formalaşmasında böyük xidmətləri olan ilk Azərbaycan realist rəssamı Bəhruz Kəngərlinin keçdiyi ömür yolu və rəssamın təsviri sənətimizdə tutduğu mövqe barədə məlumat veriblər. Bildirilib ki, 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli cəmi 7 il yaradıcılıqla məşğul olmasına baxmayaraq 2000-dən çox dəyərli sənət əsərləri yaratmış, özündən sonra zəngin irs qoymuşdur.

Sonra müsabiqədə şagirdlərə öz bacarıqlarını nümayiş etdirmələri üçün 2 saat vaxt verilib. Bu  vaxt ərzində şagirdlər təsviri sənət janrına müraciət etməklə mövzuya uyğun rəsmlər təsvir ediblər.

Nəticələrə görə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Hacıyeva Aygün Emin qızı I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin X sinif şagirdi Ələkbərova Nərmin Elçin qızı və 17 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Dadaşov Əbülfəz Ceyhun oğlu II yerə, 3 nömrəli tam orta məktəbin VI sinif şagirdi İbrahimbəyli Almara Elbrus qızı, 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bağırzadə Nəimi Ərşad oğlu və 12 nömrəli tam orta məktəbin X sinif şagirdi Ələsgərli Səmra Novruz qızı isə III yerə layiq olub.

Müsabiqənin yekununda şagirdlərə diplomlar təqdim olunub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg