• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün574
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə5683
mod_vvisit_counterBu ay19451
mod_vvisit_counterÜmumi2536267

Tarix: 17 May, 2024

Bəhruz Kəngərli Muzeyində açıq dərs keçirilmişdir

21 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən təsdiq edilən tədbirlər planına uyğun olaraq Bəhruz Kəngərli Muzeyində açıq dərs keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən “Gənc rəssam ömrü” mövzusunda keçirilən açıq dərsdə 15 şagird iştirak edib.

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin Təsviri incəsənət müəllimi Aliyə Səfərova Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli haqqında şagirdlərə məlumat verərək bildirib ki, gənc rəssam təsviri-incəsənət tariximizə adı qızıl hərflərlə həkk edilməyə layiq nadir istedad sahiblərindən biri olmuşdur. O, 1892-ci il yanvarın 22-də Naxçıvanda Şirəli bəyin ailəsində dünyaya göz açmışdır. İlk təhsilini doğma şəhərdə, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində almışdır. Bəhruz Kəngərli əsərlərini tamamilə milli ruhda və üslubda yaratmışdır. Beləliklə də, mədəniyyət sahəsində milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır. İncəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

Bildirilib ki, Bəhruz Kəngərli Azərbaycan rəssamlığında yeni bir mərhələnin - realizmin əsasını qoymuş və rəssamlığı orta əsrlərdən qalmış miniatür sənətinin təsirlərindən xilas etmişdir. Rəssamlıq sənətini o, XX əsrin əvvəllərində təhsil aldığı Tiflis Rəssamlıq və Heykəltaraşlıq Məktəbində peşəkar səviyyədə öyrənmişdir. Qeyd etdiyimiz kimi böyük istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan realist rəssamlıq sənətinin banisidir. Təsviri sənətin tədqiqatçılarının fikrincə, Bəhruz Kəngərli 30 il yaşamış, lakin uşaqlıq və yeniyetməlik dövrü istisna olmaqla, sənətə həsr etdiyi 7 il ərzində 2000 əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoymuşdur. Bəhruz Kəngərli Azərbaycanda realist dəzgah boyakarlığının, portret, mənzərə, natürmort, süjetli-tematik və teatr-dekorasiya janrlarının peşəkar həlli ifadəsinin banisi olmuşdur.

Sonra şagirdlərə muzeydə olan eksponatlar haqqında geniş məlumat verilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg