• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün418
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə5773
mod_vvisit_counterBu ay27179
mod_vvisit_counterÜmumi2967990

Tarix: 16 Yan., 2025

İmtahanlarda yüksək nəticə göstərmiş şagirdlər və fənn olimpiadasının qalibləri ilə onlayn görüş keçirilib

Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən test sınaq imtahanlarında yüksək nəticə göstərmiş şagirdlər və fənn olimpiadasının qalibləri ilə onlayn görüş keçirilib. Görüşdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və yüksək nəticə göstərmiş  şagirdlər iştirak edib.

Tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri Malik İsmayılov diqqətə çatdırıb ki, muxtar respublikanın hər yerində, eləcə də Sədərək rayonunda təhsilin inkişafı üçün hər cür şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli diqqət və qayğısı ilə bu gün Sədərək rayonunda təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə rayonumuzda təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açır.

Bildirilib ki, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir. Məktəblilərin muxtar respublika fənn olimpiadalarının keçirilməsi onların respublika fənn olimpiadalarına hazırlığında və yüksək nəticələr qazanmağında mühüm əhəmiyyətə malikdir. Fənn olimpiadalarının yekunlarına görə şagirdlərin əldə etdikləri nəticələr müvafiq fənn müəllimlərinin, eləcə də məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Sevindirici haldır ki, bu il muxtar respublika fənn olimpiadalarında Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdlərindən ikisi Coğrafiya fənni üzrə I yerə layiq görülmüşlər.

Şöbə müdiri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Təhsil Kursları” tərəfindən 22 noyabr, 25 dekabrda 2020-ci il tarixlərdə blok və buraxılış imtahanları formatında keçirilən test sınaq imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri təbrik etmiş, yaradılmış şəraitdən və imkanlardan səmərəli istifadə edərək daha da yaxşı nəticə göstərmələri üçün qarşılarına məqsəd qoymalarını, məqsədlərə nail olmaları üçün daha da yaxşı nəticələr əldə etməli olduqlarını diqqətə çatırmışdır.

Daha sonra məktəb rəhbərləri ilə test sınaq imtahanları və fənn olimpiadalarının nəticələri müzakirə olunaraq müvafiq tapşırıqlar verilmişdir.

Sonda  şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg