• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1800
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə1800
mod_vvisit_counterBu ay47412
mod_vvisit_counterÜmumi2514677

Tarix: 29 Apr., 2024

Naxçıvanda ilk dəfə məktəblilər arasında Robotexnika üzrə müsabiqə keçirilib

26 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Xətt izləyən robot” müsabiqəsi keçirilib.

Müsabiqəni Təhsil nazirinin müavini Heyran Əhmədova açaraq muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Heyran Əhmədova bildirib ki, ümumtəhsil məktəbləri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirmələri və sağlam böyümələri üçün hər cür şərait yaradılmışdır.

Ötən tədris ilindən şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tətbiq edilən “İnnovativ dərnəklər” layihəsi çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə ümumilikdə 45-dən çox yeni dərnəklər yaradılmışdır. Məktəbdənkənar təhsil müəssisələrində yaradılan “Robotexnika” dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilmiş, yaradılan  dərnəklər lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hazırda isə Ordubad rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılır. 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə ümumtəhsil məktəblərində şagirdlərə beş sahənin - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodunun tətbiqinə başlanılmışdır. Şərur rayon Qarabürc və Şəhriyar kənd tam orta məktəblərində STEAM kabinələri yaradılaraq istifadəyə verilmiş və zəruri avadanlıqlarla təmin edilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını artırmaq, bu sahədəki məlumatlılığını artırmaq, əldə etdiyi bilik və bacarıqlarla robot modellərinin dizaynı, qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarət olub.

Müsabiqədə şəhər  və  rayon  məktəblərinin VI-IX sinifləri üzrə 7 komanda olmaqla, ümumilikdə 90 şagird müxtəlif sayda xətt izləyən robotla yarışmışdır. Müsabiqənin şərtinə görə xətt izləyən robotlar yarışın başa çatmasına və vaxta görə sıralanmış və ümumi zaman bərabərliyində daha az cərimə xalı olan, bərabərliyi pozulmayan, maneəsiz yolu sonadək gedən robot üstünlük təşkil etmişdir. Beləliklə, yarışmada təyin olunan vaxtı ən qısa müddətdə və ən az cərimə xalı ilə başa vuran robot münsiflər heyəti tərəfindən qalib elan olmuşdur. Müsabiqə 4 mərhələdə təşkil olunduğuna görə hər mərhələdə I, II, III yerə layiq görülən şagirdlər diplom və hədiyyələrlə, fəal iştirakına görə seçilən şagirdlər isə diplomla mükafatlandırılmışlar.

Qeyd edək ki, müsabiqə muxtar respublika üzrə bir mərhələdə təşkil edilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg