Muxtar respublika rəhbərliyinin daim diqqət və qayğısını hiss edən zəka sahibləri, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə muxtar respublika şahmatçılarının asudə vaxtlarının səmərəli keçirilməsi, təlim-məşq toplanışı və istirahətlərinin təmin olunması məqsədilə 3 gün müddətinə Ağbulaq İstirahət mərkəzinə yollanıblar.
Burada şahmatçılarımız istirahət etməklə bərabər, həm də Mərkəzin müəllimləri tərəfindən dəyərli vaxtlarında intensiv təlim-məşqlərini də davam etdirirlər. Belə ki, müəllimlərimiz Talıb Babayev, Urfan Sevdimalıyev, Toğrul Həsənzadə şahmatçılarımızı gündə üç dəfə olmaqla etüdlər, məsələlər və başqa öyrədici mövzularda hazırlaşdırırlar.
Qeyd edək ki, təlim-məşq toplanışında Naxçıvan Şahmat Mərkəzinin tələbələri ilə yanaşı digər rayon şahmatçıları da iştirak edirlər.