Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Məktəblilərin dram müsabiqəsi”nin keçirilməsi haqqında əsasnaməyə uyğun olaraq məktəblilər arasında dram müsabiqələri keçirilir. Bu məqsədlə “Oxunması zəruri olan kitablar”ın siyahısında olan əsərlərin əvvəlcədən müəyyənləşdirilmiş mövzuları üzrə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış səhnələrin məktəbdaxili seçim mərhələsi keçirilmişdir. Baxış zamanı müəyyən olunmuş qaliblər müsabiqənin fevral ayında keçiriləcək şəhər mərhələsində iştirak etmələri üçün vəsiqə qazanmışdır.