26 yanvar 2021-ci il tarixdə Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənvərvər ruhda tərbiyə edilməsini gücləndirmək, onları oxunması zəruri olan kitabların mütaliəsinə həvəsləndirməkdən ibarət olub.
Şahbuz Rayon Polis Şöbəsinin və Gənclər və İdman İdarəsinin əməkdaşları çıxışlarında qeyd ediblər ki, zərərli vərdişlər insanların sağlamlığına çox ciddi zərbə vururlar. Zərərli vərdişlər müasir cəmiyyətdə yeniyetmə və gənclər arasında ən çox rastlanan və müzakirə edilən problemlərdən biri hesab edilir.
Bildirilib ki, yetkinlik yaşına çatmayanlar insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan vərdişlər haqqında məlumatlandırılmalıdırlar.