• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün151
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə5260
mod_vvisit_counterBu ay19028
mod_vvisit_counterÜmumi2535844

Tarix: 17 May, 2024

“Yaşasın, Azərbaycan əsgəri!” adlı rəsm müsabiqəsi keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Şahtaxtı kənd tam orta məktəbində II Qarabağ müharibəsinə həsr olunmuş “Yaşasın, Azərbaycan əsgəri!” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını uşaq və gənclərə tanıtmaq, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tərənnüm etmək,  ümumtəhsil məktəblərində təhsil alan xüsusi istedada malik şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və məktəblilərin asudə vaxtlarının səmərəli təşkili olub.

Tədbiri giriş sözü ilə açan Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Yunis Ələkbərov bildirib ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vurğulanıb ki, düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Qeyd olunub ki, bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

Müsabiqədə ümumtəhsil məktəblərindən 24 istedadlı şagird iştirak edib. Münsiflər heyətinin rəyinə və müsabiqənin nəticələrinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Nurçin Abdullayeva I, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Əfsanə Təmoyeva II, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Şəfəq Əliyeva III, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi İlknur Haqverdiyeva isə həvəsləndirici yerə layiq görülüb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg