Ordubad Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbinin Tennis və Voleybol klubları arasında “2 fevral - Gənclər Günü” nə həsr olunmuş yarış keçirilib.
Tennis üzrə hər komandada 4 nəfər olmaqla ümumilikdə 3 komanda arasında yarış keçirilib. 9 görüşə yekunlaşan oyunun nəticələrinə görə Dəstə kənd tam orta məktəbin komandası I, Uşaq Gənclər İdman Məktəbinin komandası II, İnternat tam orta məktəbin komandası isə III yerin qalibi olub.
Voleybol üzrə keçirilən yarışda isə 4 komandada ümumilikdə 62 şagird iştirak edib. Maraqlı keçən yarışın yekun nəticələrinə əsasən İnternat tam orta məktəbin komandası I, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası II, Vənənd kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda hər iki yarışın qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.