Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Babək Rayon Bölməsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Babək rayon ümumtəhsil məktəbləri arasında komanda birinciliyi keçirilmişdir.
Yarışda rayon ümumtəhsil məktəblərindən hər komandada 3 oğlan, 1 qız olmaqla, hər məktəbdən 4 şahmatçı iştirak etmişdir. Yarış 4 yaş qrupunda “Dairəvi” sistem üzrə keçirilmişdir. Hər bir iştirakçıya oyunun sonunadək 30 dəqiqə vaxt verilmişdir.
Yarışın yekun nəticəsinə görə I yerə Nehrəm qəsəbə 1 nömrəli, II yerə Babək şəhər 1 nömrəli, III yerə isə Şəkərabad kənd tam orta məktəbi layiq görülmüşdür.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi