Culfa Rayon Təhsil Şöbəsində rayon ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə şura iclası keçirilmişdir.
İclasda Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev Təhsil Nazirliyində keçirilən Kollegiya iclasında təhsil müəssisələrinin rəhbərləri qarşısına qoyulan tapşırıqlar və Kollegiya Qərarlarını məktəb rəhbərlərinin diqqətinə çatdırmışdır.
İclasda müzakirə edilən digər məsələ Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Təhsil kursları” ilə birgə təşkil etdiyi sınaq imtahanlarının nəticələrinin geniş müzakirəsi olmuşdur. Belə ki, IX-XI siniflər arasında 22 noyabr 2020-ci il tarixdə blok üzrə, 25 dekabr 2020-ci il tarixdə isə buraxılış imtahanı modelinə uyğun sınaq imtahanı keçirilmişdir.
Hər iki sınaq imtahanının nəticələri birlikdə toplanaraq müqayisəli şəkildə geniş müzakirə edilmiş, şagirdləri buraxılış və blok imtahanlarında zəif nəticə göstərən məktəb direktorlarına ciddi tapşırıqlar verilmiş, onlara şagirdlərin bilik və bacarıqlarının daha da yaxşı olması üçün səylə çalışmaları, zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlərin aparılması tapşırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi