2021-2022-ci tədris ili üçün yenidən nəşr olunacaq II və VI sinif dərsliklərin müzakirəsi davam edir. Prosesin davamı kimi qrafikə uyğun olaraq yanvarın 29-da II sinif Azərbaycan dili və riyaziyyat dərsliyinin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirə aparılıb. Müzakirə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn qaydada keçirilib.
Müzakirədə ixtisaslar üzrə 50-dən çox muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyəti layihə dərsliklərlə bağlı irad və təkliflərini bildiriblər.
Qeyd edək ki, ilk olaraq dekabrın 17-də VI sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinin müzakirəsi keçirilmişdir.
Müzakirənin nəticəsi olaraq irad və təkliflər Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təhlil olunaraq yekun rəy hazırlanacaq və aidiyyəti üzrə təqdim olunacaqdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi