• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün197
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə5552
mod_vvisit_counterBu ay26958
mod_vvisit_counterÜmumi2967769

Tarix: 16 Yan., 2025

Sədərək Rayon Təhsil Şöbəsində təhsilyanı şuranın iclası keçirilib

Sədərək Rayon Təhsil Şöbəsində təhsilyanı şuranın iclası keçirilib. Keçirilən iclasda Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

İclasın gedişində Sədərək rayon ümumtəhsil məktəblərində normativ sənədlərin icrası, Azərbaycan dili və Ədəbiyyat fənninin tədrisi vəziyyətinə dair yoxlamalar, o cümlədən, 22 noyabr və 25 dekabr 2020-ci il tarixlərində Təhsil Nazirliyi tərəfindən IX-XI sinif şagirdləri üçün keçirilmiş buraxılış, test blok imtahanı formatında keçirilən sınaq imtahanlarının nəticələri və Respublika fənn olimpiadalarının rayon və Muxtar respublika mərhələsinin nəticələrinin təhlili və müzakirəsi aparılıb.

Qeyd edək ki, Təhsil Nazirliyinin İmtahan Mərkəzi tərəfindən keçirilmiş sınaq imtahanlarının nəticələrinə əsasən Sədərək kənd 1 və 2 nömrəli tam orta məktəblər ilk yerlərdə qərarlaşıb.

Şurada Təhsil Şöbəsinin müdiri Malik İsmayılov bildirmişdir ki, 2020-2021-ci tədris ilinin birinci yarısında aparılmış yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırılmalı, fənn olimpiadalarının nəticələri, blok və test imtahanı formatında keçirilən imtahanların nəticələri məktəblərin pedaqoji şuralarında müzakirə edilməli, məktəb rəhbərliyi və fənn müəllimləri olimpiadada nəticə əldə edə bilməyən şagirdlərin hazırlanmasına fənlər üzrə diqqəti daha da artırmalıdır.

Rayon Təhsil Şöbəsinin müdiri çıxış edərək bildirib ki, yaradılmış şəraitdən düzgün istifadə olunmalı, tapşırıqlar vaxtı-vaxtında icra olunmalı, 2021-ci ilin ikinci yarısında da tədris təlimatı qaydalara uyğun keçirilməli, təhsil alanların sağlamlığı diqqət mərkəzində olmalıdır.

Daha sonra məktəb rəhbərlərinın birinci yarımilin yekunları ilə bağlı hesabat çıxışları dinlənilmiş, ikinci yarımildə qarşıda duran vəzifələr haqqında müzakirələr aparılaraq qərar lahiyəsi qəbul edilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg