Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsi və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü”nə həsr olunmuş açıq Mingəçevir turniri keçiriləcəkdir. Keçiriləcək turnirdə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbi, Migəçevir və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat məktəblərinin hər birindən 6 olmaqla, ümumilikdə 18 müxtəlif dərəcəli şahmatçı şagirdlərin iştirakı nəzərdə tutulur.
Turnir 2 fevral saat 15:00-da chess.com vasitəsilə onlayn keçiriləcəkdir.
Turnurin yekun nəticələri Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin rəsmi internet saytlarında elan ediləcəkdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi