1 Fevral 2021-ci il tarixdə Şərur Rayon Şahmat məktəbində “2 fevral - Gənclər Günü”nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında şahmat üzrə rayon birinciliyi təşkil olunmuşdur. Yarış Şahmat Federasiyasının Şərur Rayon Bölməsi, Şərur rayon Təhsil Şöbəsi, Gənclər və İdman idarəsi və Şahmat Məktəbinin birgə təşklatçılığı ilə həyata keçirilmişdir.
Maraqlı keçən birinciliyin yekun nəticələrinə əsasən ümümi yarışda I yerin qalibi Turan Qasımov, II yerin qalibi Vüral Muxtarlı, III yerin qalibi isə Turan Novruzov olmuşdur.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyələrlə mükafatlandırılmışlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi