Fevralın 2-də Bənəniyar kənd tam orta məktəbində “2 fevral - Gənclər Günü” ilə əlaqədar olaraq Culfa Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə tennis yarışı keçirilmişdir. Yarışın keçirilməsində məqsəd yaradılmış idman klublarının əhatə etdiyi idman növü üzrə şagird bazasının formalaşdırılması, komandaların yaradılması, şagirdlərin idmana cəlb edilməsi və şagirdlərin idman bacarıqlarının üzə çıxarılmasından ibarət olmuşdur.
Yarışın yekun nəticəsinə əsasən Əmrah Məmmədli I, Zenfira Əliyeva II, Rüqəyya Əlizadə III, Xanım Əliyeva isə həvəsləndirici yerə layiq görülmüşdür.
Yarışın sonunda qaliblərə təşkilatçılar tərəfindən diplom verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi