Babək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Babək Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü” münasibətilə “Vətəni tanı” intellektual yarışı keçirilib. Yarışın təşkil edilməsində əsas məqsəd, şagirlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və şagirdlərə ölkəmizin bölgələrinin xəritədə tanımalarını öyrətməkdən ibarət olub.
Yarışda şagirdlər müxtəlif rənglərlə rənglənmiş şəhər və rayonların yerini müəyyənləşdirməklə Azərbaqycanın xəritəsini tamamlayıblar.
Yekunda şagirdlər təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi