Fevralın 2-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Ordubad Rayon Bölməsi, Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə Şahmat məktəbində “2 fevral - Gənclər Günü”nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında şahmat üzrə birincilik təşkil olunmuşdur.
24 gənc müəllimin iştirak etdiyi yarışda Kotam kənd tam orta məktəbinin müəllimi Elmar Süleymanlı I, Xanağa kənd tam orta məktəbinin müəllimi Hüseyn Həsənov II, İnternat tam orta məktəbin müəllimi Lamiyə Məmmədova III, Yuxarı Əylis və Üstüpü kənd tam orta məktəblərinin müəllimləri Həsən Hüseynov və Həbib Hüseynov isə həvəsləndirici yerə layiq görülmüşdür.
Qaliblər təşkilatçılar tərəfindən diplomla təltif olunmuşlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi