Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Mingəçevir və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat məktəblərinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü”nə həsr olunmuş açıq Mingəçevir şahmat turniri keçirilib. Keçirilən turnirdə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbi, Migəçevir və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat məktəblərinin hər birindən 6 olmaqla, ümumilikdə 18 müxtəlif dərəcəli şahmatçı şagirdlər iştirak edib.
Turnir 2 fevral saat 15:00-da chess.com vasitəsilə onlayn keçirilib.
Yarışın yekun nəticələrinə əsasən I yerə Mingəçevir Şəhər Şahmat məktəbinin şagirdi Cəlal Əliyev, II yerə həmin məktəbin şagirdi Nihad Əhmədli, III yerlərə isə Yevlax və Sədərək rayon Şahmat məktəbinin şagirdlərindən Amin Musayev və Səid Hüseynov layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplom mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi