Fevralın 2-də Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü”nə həsr olunmuş boks üzrə məktəblilər arasında rayon birinciliyi keçirilmişdir.
Şərur Rayon Gənclər və İdman İdarəsinin boks zalında təşkil olunmuş, yarışda 7 çəki dərəcəsində 21 idmançı iştirak etmişdir. Gərgin və maraqlı keçən yarışda 23 kq çəki dərəcəsində Nizam İsgəndərov, 35 kq çəki dərəcəsində Musa Mehdiyev, 40 kq çəki dərəcəsində Coşqun Əliyev, 45 kq çəki dərəcəsində Can Əzizov, 55 kq çəki dərəcəsində Vüsal Zeynalov, 60 kq çəki dərəcəsində Səməd Əsədli, qızlar arasında isə 50 kq çəki dərəcəsində Zilan Hüseynova yarışın qalibi olmuşlar.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi