Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbinin şagirdləri üçün Şahtaxtinskilərin Ev Muzeyində açıq dərs keçirilib.
Muzeyin bələdçisi Yaqut Əsədova şagirdlərin diqqətinə çatdırıb ki, Şahtaxtinskilərin Ev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılıb. Burada iki ekspozisiya zalı və otağı, ekspozisiya zallarında isə 150-dən çox eksponat nümayiş etdirildiyini qeyd edib.
Muzeyin ekspozisiyasında olan Şahtaxtinskilər haqqında məlumatlar, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar şagirdlərin təxəyyülündə bütöv bir ziyalı nəsli haqqında dolğun təəssürat yaradıb. Muzeydə müxtəlif dövrlərdə yaşayıb fəaliyyət göstərmiş və xalqımıza layiqincə xidmət etmiş Şahtaxtinskilərə məxsus materiallar haqqında şagirdlərin sualları cavablandırıb.