• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün398
mod_vvisit_counterDünən1649
mod_vvisit_counterBu həftə11713
mod_vvisit_counterBu ay44236
mod_vvisit_counterÜmumi2985047

Tarix: 25 Yan., 2025

Türkiyəli qonaqlar Təhsil Nazirliyində olub

Türkiyə Respublikası Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başkanlığı koordinatoru Engin Vural və Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində olublar.

Görüşdə Təhsil naziri Rəhman Məmmədov qonaqları salamlayaraq muxtar respublikada təhsilin inkişafı istiqamətində görülən işlər, yaradılan müasir təhsil şəraiti haqqında məlumat verib. Bildirib ki, təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müasir kompüter və elektron lövhələrlə təchizatı, laboratoriya və fənn kabinələrinin zəruri avadanlıqlarla təmin olunması, kitabxana fondlarının zənginləşdirilməsi tədrisin yüksək səviyyədə təşkilinə geniş imkanlar açmışdır.

Qonaqlara Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələr haqqında məlumat verilmiş, bildirilmişdir ki, muxtar respublikamızda 211 ümumtəhsil məktəbi, 36 məktəbdənkənar təhsil müəssisəsi, 4 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir.

Nazir qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi qayğının nəticəsidir ki, yeni yaradılan müəssisələr təhsilin sürətli inkişafına təkan vermişdir. Təkcə ötən il ərzində Təhsil Nazirliyinin nəzdində “Təhsil Kursları” və “Texniki Servis Xidməti” MMC, İmtahan Mərkəzi, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları, məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılmış, 2020-2021-ci tədris ilindən etibarən yeni təlim metodu -  STEAM təlim metodunun tətbiqinə başlanılmış, yanvar ayından isə Televiziya və Radio Verilişləri Redaksiyası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Nazir qeyd etmişdir ki, Naxçıvan-Türkiyə dostluq, qardaşlıq münasibətlərindən yaranan qarşılıqlı fəaliyyətin nəticəsidir ki, muxtar respublika məktəbliləri ilə Türkiyənin məktəbliləri arasında birlik-bərabərlik şüarı altında mütəmadi olaraq, idman, şahmat yarışları, yoldaşlıq görüşləri təşkil edilir.

Türkiyə Respublikası Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başkanlığı koordinatoru Engin Vural ali təhsil ocağında xoş qarşılanmaya görə minnətdarlıq edib. Kordinatoru olduğu qurumun həyata keçirdiyi “Türkiyə Təqaüdləri” proqramı haqqında məlumat verən qonaq qeyd edib ki, Türkiyə təqaüd proqramı tələbə və tədqiqatçılara Türkiyənin ən prestijli universitetlərində təqaüd təhsili və tədqiqat imkanı verən hərtərəfli və dövlət tərəfindən dəstəklənən rəqabətli bir təqaüd proqramıdır. Bildirilib ki, proqrama bakalavr, magistr, doktorantura və tədqiqat  proqramları üzrə hər bir şəxs internet üzərindən onlayn olaraq müraciət edə bilər. Müraciətlər Türk, Ərəb, İngilis, Fransız, Rus, Fars, İspan və Bosniya dili olmaq üzrə 8 dildə edilə bilər.

Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım vurğulayıb ki, təqaüd proqramları ölkələrarası işbirliyini və cəmiyyətlər arasındakı ortaq anlayışı gücləndirmək məqsədini qarşısına qoymuş gələcəyin liderlərini yetişdirməkdir. Bu proqramlar ali təhsilin hər səviyyəsində ixtisaslı beynəlxalq səviyyədə tələbə hazırlamaq deyil, həmçinin bu tələbələrin universitetə hazırlanma və yerləşdirmə proseslərini də əhatə edir. Diqqətə çatdırılıb ki, dünya miqyasında bu təqaüd proqramlarından faydalanan 100-ə yaxın ölkədən 150 mindən çox məzun olub.

Sonda bu səfərin gələcəkdə hər iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığa yeni təkan verəcəyi diqqətə çatdırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg