• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1537
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5274
mod_vvisit_counterBu ay26680
mod_vvisit_counterÜmumi2967491

Tarix: 15 Yan., 2025

“Mental Aritmetika” müsabiqəsinin I mərhələsi başa çatdı

Muxtar respublikada məktəblilər arasında ilk dəfə keçirilən “Mental Aritmetika” müsabiqəsinin I mərhələsi başa çatıb. Xəbər verdiyimiz kimi, müsabiqə 2 mərhələdə və ümumilikdə 200 şagirdin iştirakı ilə keçirilir. 2 turdan ibarət olan I mərhələnin birinci turu fevralın 1-də 6-9 yaş kateqoriyası üzrə 80 şagirdin iştirakı ilə keçirilmiş, 10 şagird həmin turda qalib olaraq muxtar respublika mərhələsində iştirak hüququ qazanmışdır. Fevralın 4-də keçirilən I mərhələnin ikinci turunda isə 10-14 yaş kateqoriyası üzrə iştirak edən 120 şagirddən 20-si II mərhələyə keçib.

Birinci turda olduğu kimi, bu turda da iştirakçılara 20-si Anzan proqramında, 10-u isə abaküsdə olmaqla ümumilikdə 30 sual təqdim olunub. Suallar elektron lövhədə səsli musiqi, melodiya və abaküs hesablama aləti ilə təqdim olunub. Yarışma müddətində hər bir şagirdin qarşısında abaküs, köməkçi vasitə olaraq kiçik lövhə və qələm olub. Müsabiqənin şərtlərinə görə şagirdlər elektron lövhədə tək və cüt rəqəmli zehni toplama və çıxma əməllərini yerinə yetirib, abaküsdə iki əl ilə say və vahidlərdən istifadə edərək və riyazi əməliyyatlar apararaq cavablandırıblar.

Qeyd edək ki, fevralın 5-də keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edən və ən yüksək xal toplayan şagirdlər I, II, və III yerə layiq görüləcək, qalib şagirdlər mükafatlandırılacaqlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg