• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1559
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5296
mod_vvisit_counterBu ay26702
mod_vvisit_counterÜmumi2967513

Tarix: 15 Yan., 2025

“Qarabağ Zəfəri” mövzusunda rəsm müsabiqəsi keçirilib

Fevralın 4-də Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə “Qarabağ Zəfəri” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Keçirilən müsabiqədə Təhsil Şöbəsinin əməkdaşları, Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri, dərnək üzvləri və ümumtəhsil məktəblərinin 15 şagirdi iştirak edib.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını şagirdlərə tanıtmaq, onların azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətənpərvərlik tərbiyəsini gücləndirmək, xüsusi istedadlı şagirdləri üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və məktəblilərin asudə vaxtlarının səmərəli təşkili olub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sirac Qarayev bildirib ki, Şanlı Azərbaycan Ordusu 44 gün qəhrəmancasına savaşıb mənfur düşməni diz çökdürdü. Bu Vətən müharibəsində igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər-bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Əslində bu 44 günün hər günü bir tarixdir. Bu 44 günün hər günü igid Azərbaycan oğullarının qəhrəmanlıqlarına şahidlik etdi. Azərbaycan xalqının tarixinə şəhidlərin qanı ilə yazılan bu Vətən müharibəsi bizə torpaqlarımızı qaytardı – Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Şagirdlərin böyük həvəslə iştirak etdikləri müsabiqənin yekun nəticələrinə əsasən I yerə Sədərək Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Gülay Əliyeva, II yerə həmin məktəbin X sinif şagirdi Sevinc Əsgərova, III yerə isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Anar Abbasov layiq görülüb.

Yekunda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyələrlə təltif olunublar.

Sonra müsabiqə iştirakçıları məktəbin elektron löhvəli sinifində Zəfər Meydanı sənədli filiminə baxıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg