Fevralın 4-də Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun Əlincə və Xanəgah kənd tam orta məktəblərinin şagirdlərinə Əlincəqala muzeyində açıq dərs keçirilib.
Muzeyin direktoru Kamal Xanəgahlı Əlincəqalanın tarixi və muzeyin yaradılması haqqında şagirdlərə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan tarixində əyilməzlik və mübarizlik rəmzi olan bu əzəmətli qala 1387-1401-ci illərdə 14 il ərzində Əmir Teymurun qoşunlarına müqavimət göstərmiş, əyilməzlik simvoluna çevrilmişdir. Əlincəqala Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 11 fevral 2014-cü il tarixli Sərəncamı əsasında bərpa olunmuşdur.
Muzeyin bələdçisi Dünyamalıyeva Fatma şagirdləri muzeyin eksponatları ilə tanış edib. Sonda şagirdlər İmadəddin Nəsiminin şeirlərindən parçalar söyləyib və muzeyin qarşısında xatirə üçün şəkil çəkdiriblər.