• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1544
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5281
mod_vvisit_counterBu ay26687
mod_vvisit_counterÜmumi2967498

Tarix: 15 Yan., 2025

Naxçıvan Bayraq Meydanı Muzeyində ekskursiya keçirilib

Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan Bayraq Meydanı Muzeyində 05 fevral 2021-ci il tarixdə şəhər 8, 10, 12, və 15 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə ekskursiya keçirilib.

Muzeyin bələdçisi şagirdlərə bildirib ki, Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində mühüm yer tutur. Qədim tarixə, zəngin dəyərlərə malik xalqımızın yenilməzlik ruhu bu gün milli siyasət və ideologiyamızın ən mühüm simvolu olan üçrəngli bayrağımızda öz təsdiqini tapmışdır.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası yarandığı vaxtdan konstitusion səviyyədə özünün atributlarına, o cümlədən dövlət bayrağına malik olmuşdur. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”də, Naxçıvan SSR-nin 1926-cı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 1937-ci və 1978-ci illərdə qəbul edilmiş konstitusiyalarında muxtariyyətin dövlət gerbi və dövlət bayrağı haqqında hüquqi müddəalar olmuş, onların təsvirləri verilmişdir. İlk dəfə olaraq 1998-ci il konstitusiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı və gerbi ilə yanaşı, dövlət himni də təsbit edilmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 10-cu maddəsində qeyd olunur ki, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir”.

Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Bayraq qürur yerimiz, dövlət rəmzimizdir, həm də milli kimliyimizdir. O kimlik ki, bizi dünyaya təqdim edir və hər yerdə bizdən yuxarıda, bizdən öndə dayanır. Elə buna görə də tarixən vətənpərvər ruhda köklənən Azərbaycan xalqı üçrəngli bayrağına böyük hörmət və yüksək ehtiram bəsləyir.

Eyni zamanda şagirdlərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış, 2014-cü il noyabrın 17-də fəaliyyətə başlamışdır. Muzeydə XIX əsrə aid Kəngərli süvari dəstəsinin döyüş bayrağı, XII əsr Eldənizlər dövlətinin bayrağının, Naxçıvan xanlığının gerbi və bayrağının, Kəngərli süvarilərinin fəxri bayrağının, Naxçıvan qəzasının gerbinin, Naxçıvan bəy drujinasının bayrağının, Naxçıvanda zərb olunmuş sikkələrin fotosurətləri, eləcə də müxtəlif dövrlərə aid dövlət bayraqları və digər dəyərli eksponatlar nümayiş olunur.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg