• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1550
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5287
mod_vvisit_counterBu ay26693
mod_vvisit_counterÜmumi2967504

Tarix: 15 Yan., 2025

Naxçıvanda ilk dəfə məktəblilər arasında keçirilən “Mental Aritmetika” müsabiqəsinə yekun vurulub

Fevralın 5-də muxtar respublikada ilk dəfə olaraq məktəblilər arasında keçirilən “Mental Aritmetika” müsabiqəsinə yekun vurulub. Ümumilikdə 2 mərhələdə keçirilən müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin əsas məqsədi şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.

Müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək muxtar respublikada ümumtəhsil məktəbləri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrinə göstərilən qayğıdan və yaradılan şəraitdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində ötən müddət ərzində ümumilikdə 45-dən çox innovativ dərnək yaradılmış, həmin dərnəklər lazımi avadanlıqlarla təchiz olunmuşdur. Yaradılan innovativ dərnəklər sırasında şagirdlərin zehni bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayan Mental-Aritmetika dərnəyinə şagirdlərin marağı daha çox olmuş, qısa müddət ərzində 200-dən çox şagird həmin dərnəklərə cəlb olunmuşdur. Qeyd edilib ki, məktəbdənkənar təhsil müəssisələrində yaradılan “Mental-Aritmetika” dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilmiş, təlimlərdə muxtar respublika üzrə 30-dan çox müəllim iştirak etmişdir.

Müsabiqənin şəhər və rayon mərhələsi 2 turda keçirilib. Bu mərhələdə iştirakçılara 20-si Anzan proqramında, 10-u isə abaküsdə olmaqla ümumilikdə 30 sual təqdim olunub. İştirakçılara suallar elektron lövhədə səsli musiqi, melodiya və abaküs hesablama aləti ilə təqdim olunub. Yarışma müddətində hər bir şagirdin qarşısında abaküs, köməkçi vasitə olaraq kiçik lövhə və qələm olub. Müsabiqənin şərtlərinə görə elektron lövhədə tək və cüt rəqəmli zehni toplama və çıxma əməllərini ən azı 3, ən çoxu 10 say ilə yerinə yetirərək düzgün cavablandıran, abaküsdə iki əl ilə say və vahidlərdən istifadə edərək, riyazi əməliyyatlar apararaq cavablandıran iştirakçı ən yüksək xal toplayaraq qalib olub.

Müsabiqədə qaliblərin seçilməsi üçün münsiflər heyəti yaradılmış, düzgün cavablar 3, 5, 10 bal sistemi ilə qiymətləndirilmişdir.

I mərhələdə 6-9 yaş kateqoriyası üzrə 1-ci turda 80, 10-14 yaş kateqoriyası üzrə 2-ci turda isə 120 olmaqla, ümumilikdə 200 şagird iştirak edib. İştirakçılardan hər iki yaş kateqoriyası üzrə ən yüksək xal toplayan 30 şagird muxtar respublika mərhələsində yarışmaq hüququ qazanıb.

Mental-Aritmetika müsabiqəsi üzrə muxtar respublika qalibləri üçün hər yaş kateqoriyası üzrə I, II və III yerlərin hər biri üçün 1 yer müəyyən edilib. Yer tutan şagirdlər arasında bərabər xal toplayan şagirdlərə yenidən 5 sual tərtib olunaraq təqdim edilib. Nəticədə fərqlənən şagird seçilib.

Yekun nəticələrə görə 6-9 yaş kateqoriyası üzrə Ordubad rayon 3 nömrəli tam orta məktəbin dördüncü sinif şagirdi Ağayeva Əsma İlqar qızı I, Hacıvar kənd tam orta məktəbin ikinci sinif şagirdi Cəfərli Mövlan David oğlu II, həmin məktəbin üçüncü sinif şagirdi Hacıyev Əzim Zamin oğlu III, 10-14 yaş kateqoriyası üzrə isə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Cəfərli Vüsalə Valid qızı I, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin beşinci sinif şagirdi Kərimova Nəsrin Vəfadar qızı II, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yeddinci sinif şagirdi Seyidov Mirməhəmməd Mirəli oğlu isə III yerin qalibi olub.

Müsabiqənin sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg