Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması və ölkə başçısının Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi” ili elan edilməsi ilə əlaqədar olaraq Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş kitab müzakirəsi keçirilib.
Müzakirə zamanı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramazan Abuzərov, məktəbin direktoru Səyyarə Ağayeva, müəllimlər çıxış edərək bildiriblər ki, Nizami Gəncəvinin yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti təkcə Azərbaycan və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə şəhəri ilə bağlıdır. Şair ömrü boyu burada yazıb-yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Mütəfəkkir şairin “Xəmsə”si dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.
Tədbirin sonunda məktəbin şagirdləri Nizami Gəncəvinin şeirlərini söyləmişlər.