Naxçıvan Şəhər Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin VI sinif şagirdləri arasında “İngilis dilini necə öyrənirik?” devizi altında bilik yarışına start verilib. Bilik yarışlarının keçirilməsində məqsəd şagirdlərin bilik və intellektual səviyyələrinin yüksəldilməsi ilə yanaşı dərnəklərə olan marağın artırılmasıdır.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən bilik yarışında ilk olaraq, Naxçıvan şəhər 1, 2, 3, 4 və 5 nömrəli tam orta məktəblərin komandaları yarışıblar. Ümumilikdə 25 şagirdin iştirak etdiyi yarışda şagirdlərə 25 sual təqdim olunub. Sualların verilməsi və cavablandırma ingilis dilində aparılıb.
Yarışın nəticəsinə görə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin “Tulip” komandası 100 bal toplayaraq finala vəsiqə qazanıb.