• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1611
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5348
mod_vvisit_counterBu ay26754
mod_vvisit_counterÜmumi2967565

Tarix: 15 Yan., 2025

“Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” adlı elmi-praktik konfrans keçirilib

Fevralın 10-da Naxçıvan Müəllimlər İnstitutunda “Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” adlı elmi-praktik konfrans keçirilib. Konfransda institutun professor-müəllim heyyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları və ümumtəhsil məktəblərinin psixoloqları iştirak etmişdir.

Konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində tələb və təklif prinsipi əsas götürülərək mütəmadi olaraq institutda ixtisasartırma və təkmilləşdirmə kursları, konfranslar, seminarlar, dəyirmi masalar, kitab müzakirələri və s. keçirilir. Naxçıvan Müəllimlər İnstitutunda 15 bakalavriat, 5 magistratura və 5 doktorantura ixtisaslarında kadr hazırlığı ilə yanaşı, diplomdan sonrakı təhsilin həyata keçirilməsi işi də aparılır. Müəllimlərin ilkin hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi prosesləri bir-biri ilə əlaqəli, kompleks şəkildə həyata keçirilir.

Rektor bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikada məktəb psixoloqlarının hazırlanmasını həyata keçirən yeganə ali təhsil müəssisəsidir. 2004-cü ildə Naxçıvan Müəllimlər İnstitutunda “Pedaqogika və psixologiya” ixtisası üzrə, 2009-cu ildən isə “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə kadr hazırlığına başlanılmışdır. Bu müddət ərzində “Pedaqogika və psixologiya” ixtisası üzrə 79, “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə 223 məzun olmuşdur. Haliyədə bu ixtisas üzrə I-IV kurslarda 84 tələbə təhsil alır. Eyni zamanda, 2014-cü ildən magistratura səviyyəsində də “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə kadr hazırlığı aparılır. Bu günədək bu ixtisasın məzunlarının bir çoxu ümumtəhsil məktəblərində psixoloq vəzifəsində çalışır. Təhsildə sosial-psixoloji xidmət ixtisaslı kadrların hazırlanması orta ümumtəhsil məktəblərində psixoloji işin təşkili və həyata keçirilməsinin keyfiyyətliliyinə öz töhvəsini verməkdədir.

Həmçinin diqqətə çatdırılmışdır ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi  uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasıdır. Müasir təhsil sistemində psixoloji xidmət praktik psixoloqun  vəzifələri normativ sənədlərlə müəyən olunur və daima yenilənir. Bu vəzifələrin həyata keçirilməsinin forma və metodları daima müzakirə olunmalı, qabaqcıl təcrübənin yayılması üçün məqsədyönlü iş aparılmalıdır. Məktəb psixoloqlarının işinin təkmilləşdirilməsinə yönəlmiş bugünki konfrans da  məktəb psixoloqlarının işinin qurulmasına müasir baxışı özündə ehtiva edir.

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, muxtar respublikanın bütün ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili istiqamətində zəruri tədbirlər görülmüş, psixoloqların fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Bununla yanaşı, muxtar respublikamızda ümumtəhsil məktəblərinin ixtisaslı psixoloq kadrlar ilə təmin olunması diqqətdə saxlanılmışdır.

Nazir qeyd etmişdir ki, hazırda ümumtəhsil müəssisələrində 200-ə yaxın psixoloq fəaliyyət göstərir ki, onun da 46-sı müsabiqə yolu ilə işə qəbul olunmuşdur. Psixoloq vəzifələrini tutanların əksəriyyəti uzun illərin təcrübəsinə malik olan müəllimlərdir ki, onların da Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilən psixoloq kurslarına cəlbi diqqətdə saxlanılmışdır.

Təhsil naziri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilən  “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları”nı diqqətə çatdıraraq bildirmişdir ki,  qaydalarda psixoloji xidmətin əsas fəaliyyət istiqamətləri, psixoloqların hüquq və vəzifələri də müəyyənləşdirilmişdir. Bildirilmişdir ki, qaydalara əsasən psixoloqların peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı  tədbirlər ali təhsil müəssisələrində təşkil edilir, müxtəlif təlimlər, o cümlədən aktual mövzulara həsr edilmiş konfranslar təşkil edilir. “Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” mövzusundakı konfrans da bu istiqamətdə görülən işlərin davamıdır.

Sonra proqrama uyğun olaraq istitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin “Məktəb psixoloqu işini müasir tələblər baxımından necə qurmalıdır”, Pedaqogika və psixologiya kafedrasının müəllimi, dosent Salatın Hacıyevanın “Təhsil sistemində sosial-psixoloji xidmətin müasir vəziyyəti və inkişafı yolları” adlı məruzələri dinlənilmiş və mövzular ətrafında müzakirələr aparılmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun

mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg