• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1604
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5341
mod_vvisit_counterBu ay26747
mod_vvisit_counterÜmumi2967558

Tarix: 15 Yan., 2025

“Zəfər tariximiz” mövzusunda açıq dərs keçirilib

Sədərək rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə “Zəfər tariximiz” mövzusunda keçirilən açıq dərsi rayonun digər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri də onlayn izləyiblər.

Açıq dərsi aparan məktəbin Tarix müəllimi Vurğun Əsgərli bildirib ki, ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisələrindəndir. Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də, bu müharibə haqlı olaraq xarakter etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir. Vurğulanıb ki, Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.

Müəllim bildirib ki, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Azərbaycan ordusu işğal altında olan bütün torpaqlarımızı işğaldan azad etmiş, nəticədə işğalçı Ermənistan öz layiqli cavabını almış və düşmən tam şəkildə məğlub edilmişdir. Bu qələbə şübhəsiz Azərbaycan xalqının milli hisslərinin yüksəlməsinə, milli qürurunun ucaldılmasına misilsiz təsir göstərmişdir.

Dərsin sonununda şagirdləri maraqlandıran sular cavablandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg