• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1484
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5221
mod_vvisit_counterBu ay26627
mod_vvisit_counterÜmumi2967438

Tarix: 15 Yan., 2025

Fiziki imkanları məhdud uşaqlara dövlət qayğısı və onların asudə vaxtlarının səmərəli təşkilinə dair tədbir keçirilmişdir

Culfa Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti, Əhalinin Sosial Müdafiəsi Mərkəzi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Bənəniyar kənd tam orta məktəbində fiziki imkanları məhdud uşaqlara dövlət qayğısı və onların asudə vaxtlarının səmərəli təşkilinə dair tədbir keçirilmişdir.

Tədbirdə Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, İcra Hakimiyyətinin başçısının müavini Sara Hüseynova, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Mustafa Cəlilov çıxış edərək muxtar respublikada fiziki imkanı məhdud uşaqlara gösdərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, fiziki imkanı məhdud uşaqların məktəblərə, eləcə də məktəbdənkənar təhsil müəssisələrinə cəlbi onların aktiv fəaliyyətinə, keçirilən tədbirlərdə fəal iştiraklarına imkan yaratmışdır.

Qeyd edilmişdir ki, Culfa rayonunda 25 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar təhsil müəssisəsi yenidən tikilmiş və ya əsaslı şəkildə maddi tədris bazası möhkəmləndirilmiş, yeni informassiya və kommunikasiya texnologiyaları ilə tam təmin olunaraq şagird və müəllimlərin ixtiyarına verilmişdir. 26 noyabr 2020-ci il tarixdə açılışı olan 3 məktəbdənkənar təhsil müəssisəsində 15 adda yeni innovativ dərnəklər yaradılmış, həmin dərnəklərə fiziki imkanları məhdud uşaqlar da cəlb edilmiş, onlara yeni tədris ilində məktəbli geyimləri, ləvazimatlar eyni zamanda isti qış geyimləri verilmişdir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə və təhsil işçilərinə, xüsusilə də fiziki imkanları məhdud olan uşaqlara diqqət və qayğısının bariz nümunəsidir.

Tədbirin davamında fiziki imkanı məhdud 5 şagird şeirlər səsləndirmişdir.

Tədbirdə iştirak edən 22 sağlamlıq imkanı məhdud uşağa qiymətli hədiyyələr verilmiş və uşaqlarla birlikdə Əlincə Qala Tarix Müzeyinə ekskursiya təşkil olunmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg