Tarixi şəxsiyyətlərimiz, dahi karifeylərimiz dövlətimizin daim diqqət mərkəzində saxlanılmaqdadır. Bu diqqətin nəticəsi olaraq bu il, 2021-ci il ölkə başcısı, cənab İlham Əliyev tərəfindən Nizami Gəncəvi ili elan olunmuşdur. 2021-ci ilin N.Gəncəviyə həsr olunması ölkəmizdə diqqətləri klassik şairimizə yönləndirmişdir. Dahi şairimizin həyat və yaradıcılığına həsr olunmuş genişşəkilli tədqiqatlar, nümayişlər, təbliğatlar yenidən canlanmışdır.
Bir çox sahələrdə olduğu kimi təhsil müəsissələrimizdə də Nizami Gəncəvinin həyat və yaradıcılığı ön plana alınmışdır. Belə ki, bu gün Babək rayon Hacıvar kənd tam orta məktəbində N.Gəncəvi yaradıcılığının təhlili aparılmışdır. Məktəb rəhbərliyinin təşkil etdiyi müzakirəyə məktəbin şagird heyəti və Ədəbiyyat müəllimlərindən ibarən pedoqoji kollektiv cəlb olunmuşdur. Tədbirdə məktəbin Ədəbiyyat müəllimi Aynurə Quluzadə N.Gəncəvinin həyatı və yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Çıxışdan sonra şagirdlər şairin yaradıcılığı haqqında topladıqları məlumatları müzakirə etmiş, onlara qaranlıq qalan məqamları aydınlaşdırmışlar.
Şairin yaradıcılığına həsr olnmuş müzakirə şagirdlərin N. Gəncəvi haqqında məlumatlarını genişləndirmiş, daha da yaddaqalan etmişdir.