Fevralın 11-də Ordubad Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə Ordubad şəhər 3 nömrəli məktəbdə “Qrant layihə nədir və uğurlu layihə təklifi necə hazırlanır” mövzusunda seminar keçirilmişdir.
Seminarda Sahil Əlizadə icra planı, xərclər smetası, layihənin hazırlanma qaydalarını slaydla ətraflı şəkildə izah etmişdir. Həmçinin məktəb layihələri və fərdi layihələrin oxşar və fərqli cəhətləri, mövzuların seçilməsi haqqında geniş məlumat verilmişdir.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.