Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində 11 fevral 2021-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə açıq dərs keçirilmişdir.
Muzeyin bələdçisi Hicran Bədəlova “Ümummilli lider Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu” mövzusunda keçdiyi açıq dərsdə şagirdlərə geniş məlumatlar vermişdir.
Mövzunu dinlədikdən sonra şagirdlər muzeydə olan eksponatlarla yaxından tanış olmuşlar.
Sonda şagirdləri maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılmışdır.