Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qaraağac kənd tam orta məktəbin kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamına uyğun olaraq “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib.
Müzakirədə iştirak edənlər bildiriblər ki, muxtar respublikada mütəmadi olaraq “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən bir sıra kitabın müzakirəsi təşkil olunur. Bu gün isə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilir. Bu kitab özündə bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji hadisələri əhatə edir. Bu mənada həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, öyrənmək hər birimiz üçün vacibdir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib.
Diqqətə çatırlıb ki, elmi ədəbiyyatda qısaca olaraq “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adı ilə təqdim olunan həmin müraciət xalqımızı böyük Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirilir. Müraciətdə milli tariximizin bütün dövrləri kimi, ötən əsrin 90-cı illərinin əvvəlləri də çox incə detallarına qədər təhlil edilir.
Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyev Azərbaycan xalqının yüz ildən sonra, gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Bu böyük arzunun reallaşdırılması üçün yalnız və yalnız bugünkü müstəqil Azərbaycan dövlətini qüdrətləndirmək lazım idi. “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı irihəcmli müraciət də məhz həmin arzudan, istəkdən qaynaqlanırdı. Ona görə də ulu öndər Heydər Əliyev irsini dərindən öyrənilməsi, xüsusən “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətlə tanışlıq gənc və yeniyetmələrin milli dövlətçilik, vətənpərvərlik ruhunda böyüməsində əsaslı rol oynayır deyə vurğlanıb.
Müzakirənin sonununda şagirdlər kitab haqqında öz fikirlərini bildiriblər və şagirləri maraqlandıran suallar müəllim tərəfindən cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi