Şahbuz Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şahbuz rayon Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləş üzrə 23-65 kq çəki dərəcələrində “Zərərli vərdişlərə yox deyək, hər zaman sağlam olaq” devizi altında yarış keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Hüseyn Qəhrəmanov muxtar respublikada idmana ayrılan diqqət və qayğıdan bəhs edib, idmançılara uğurlar arzulayıb.
Uşaq-Gənclər İdman Məktəbinin direktoru Allahverdi Abbasov idmançılara yarışın qaydaları haqqında məlumat verib və yarışa start verilib.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən diplomla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi