Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən kitablar haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən “Oxunması zəruri kitabların siyahısı” təyin edilmişdir. Bu səbəbdən də məktəb kitabxanalarında güşələr təşkil olunmuş, kitablar oxucuların ixtiyarına verilmişdir. Eyni zamanda təhsil müəssisələrində şagirdlərin bu kitablara diqqətini cəlb etmək üçün, müzakirələr təşkil olunmuşdur. Bu müzakirələrdən biri də bu gün Babək rayon Məmmədrzadizə kənd tam orta məktəbində keçirilmişdir.
C.Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi Ədəbiyyat müəllimlərinin ədib haqqında ətraflı məlumat verməsi ilə başlamışdır. Ədibin “Poçt qutusu”, “Usta Zeynal”, “Şəhər və kənd”, “Bəlkə də qaytardılar” və.s. kimi hekayələri şagirdlər tərəfindən təhlil edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi